• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 14.01.2019 13:28

Zəncirvari qəzada iki nəfər yaralandı

KepezTV Player

Salyanda 3 maşının iştirakı ilə zəncirvari qəza baş verib. Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil əvvəlcə “Opel”lə toqquşub, ardınca isə “Jiquli”yə çırpılıb. Nəticədə Salyan rayon sakini, 20 yaşlı Qismət Hacıyev və Bakı sakini, 60 yaşlı Həmzə Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.