• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 14.01.2019 10:01

Vuzix-ın eynəyi smartfonla işləyəcək

Vuziks şirkəti ötən il korporativ müştərilər üçün artırılmış reallıq eynəyi modelini təqdim etmişdi, indi isə həmin modelin istifadəçi versiyası üçün ilkin sifariş əlçatandır. 1000 dollar ödəyərək sözügedən artırılmış reallıq eynəyini 4-6 həftə sonra əldə etmək mümkündür. Blade eynəyi avtonom iş üçün nəzərdə tutulmayıb. Android sisteminin idarəetməsi altında olan smartfon və iPhone ilə birgə işləyir. İstifadəçilər linzadan parlaq rəngli təsvirlərdən ibarət dünyaya baxa, poçtu yoxlaya, restoranlarda menyunu öyrənə, mesajları oxuya, yol xəritələrini araşdıra və bəzi hallarda səsli əmrlər verə biləcək. Şirkət Amazon Alexa və Google Assistant dəstəyinə söz verir, daxili kamera 8 meqapiksellik təsvir ölçüsündə şəkillər çəkə və 720p formatında video yaza bilər. Blade eynəyi 4 nüvəli ARM prosessoru və başın hərəkətini izləmək üçün daxili hiroskopa malik Android sisteminin xüsusi versiyası ilə təchiz edilib. Bluetooth, Wi-Fi modulları, məlumatların saxlanılması üçün microSD slotu var. Əlavə 200 dollar ödəməklə eynəyə görmə korreksiyasına malik linzalar taxmaq mümkündür.