• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 12.01.2019 14:59

Göygöl rayonun da qaz sızmasından partlayış olub, xəsarət alan var

KepezTV Player

Göygölün Qırıqlı kəndində baş verən partlayış 76 yaşlı Zemfira Məmmədovanın yanıq xəsarətləri alması ilə nəticələnib. Nəvəsi ilə yaşayan ev sahibi səhər saat 5 radələrində mətbəxdə qaz qoxusu hiss edib və qaz plitəsinə yaxınlaşarkən qəfildən partlayış olub. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Partlayış zamanı evin mətbəxinə ciddi ziyan dəyib. Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları, qaz istismar idarəsinin nümayəndələri gəlib.  

Sabir Məmmədli zərərçəkənin nəvəsi: “Səhər yatırdım, partlayış verdi. Saat 5-ə işləmiş əmimgilə zəng vurdum ki, evdə partlayış baş verib gəlsinlər kömək etsinlər”.

Rövşən Məmmədov zərərçəkənin oğlu:  “Yaşlı qadındı səhər qalxıb ki, evdə fısıltı gəlir. Əlini qaz piltəsinə vuranda partlayış olub. Əli üzü yanıb, vəziyyəti yaxşıdı.  Özünü tanıyır, yeriyir”.

Elnur Vahidoğlu