• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 11.01.2019 13:23

Evlərdən oğurluq edən iki nəfər yaxalandı

KepezTV Player

Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Əməliyyat nəticəsində evlərə daxil olaraq kombi aparatları və digər qiymətli məişət əşyaları oğurlayan Cəlilabad rayon sakini Fərid Əliyev və Şabran rayon sakini Simran Məmmədzadə yaxalanıb. Onlar ifadələrində iki mənzildən oğurluq etdiklərini bildiriblər. Saxlanılan şəxslərin oğurluq niyyəti ilə daxil olduqları evlər Əliyevin yaşadığı ünvanın qonşuluğunda yerləşir. O, qonşuları evdə olmadığı zaman Simran Məmmədzadə ilə birlikdə həmin evlərdən oğurluq etdiyini bildirib. Suraxanı RPİ-nin İstintaq Şöbəsində başlanan araşdırmalar davam etdirilir.