• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 10.01.2019 13:50

Oğul anasını, kişi keçmiş arvadını bıçaqladı

KepezTV Player

Bakıda qanlı hadisələr yaşanıb. Binəqədi rayonunda 46 yaşlı Sevinc Əliyeva yaşadığı Xocahəsən qəsəbəsində oğlu tərəfindən bıçaqlanıb. Yaralı ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırlıb. Həkimlər ona tibbi yardım göstəriblər. Xəstəxanadan Sevinc Əliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib. Polisə hadisə barədə məlumat verilib. Anasını bıçaqlayan oğul saxlanılıb.

39 yaşlı Aynur Rzayeva da bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib. Əməliyyatdan əvvəl həkimlərə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib. Hadisə barədə xəbər tutan Binəqədi polisi yaralının izahatını almaq istəyib. Lakin Aynur Rzayeva əməliyyatdan sonra reanimasiyaya yerləşdirildiyindən onun izahatını almaq mümkün olmayıb. Hazırda hadisəni törətmkədə şübhəli bilinən Aynur Rzayevanın keçmiş həyat yoldaşının axtarışları aparılır.

Faktlarla əlaqədar cinayət işi başlanılıb.