• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2325
— 09.01.2019 13:28

Xəstəxanada yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

KepezTV Player

Gəncə şəhərinin Nizami rayonunda xəstəxananın yerləşdiyi binada yanğın olub. Ümumi sahəsi 280 m² olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın birinci korpusunun 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın tavanı 3 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın döşəməsi 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib.​