• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 29.12.2018 15:25

Gəncə idmançıları 2018-ci ildə 214 medal qazanıblar

KepezTV Player

Gəncə idmançıları yola salmaq üzrə olduğumuz 2018-ci ildə 214 medal qazanıblar. Mükafatlardan 84-ü qızıl, 57-i gümüş, 73-ü bürünc olub. Medalların əksəriyyəti Respublika səviyyəli yarışların payına düşsə də, Nizami yurdunun təmsilçiləri Avropa və dünya çempionatları, eləcə də beynəlxalq turnirlərdə özlərini ən yaxşı tərəfdən göstərməyi bacarıblar. Bu sıradan nüfuzlu yarışlarda 19 qızıl, 5 gümüş, 22-i bürünc medal əldə edilib. İlin ən böyük qazancı Gəncə güləşçisi Turan Bayramovun Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olmasıdır. İlin yekunları ilə bağlı Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən tədbirdə 2018-ci ildə yüksək nəticələr göstərən idmançılar və məşqçilər fəxri fərman, hədiyyələrlə mükafatlandırılıb.

Azad Rəfi