• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 28.12.2018 12:52

22 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Gədəbəy rayon sakini bıçaqlanıb. Qurudərə kənd sakini, 35 yaşlı Vüsal Məsimov münaqişə zəminində Gədəbəy şəhər sakini, 22 yaşlı Nurlan İmamquliyev tərəfindən bıçaqlanıb. Yaralı Gəncədəki özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Astara rayonunun Ərçivan qəsəbə sakini, 39 yaşlı Pərviz Fəttayev də bədəninin bir neçə yerindən bıçaq xəsarətləri alıb. Yaralının qohumları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən 45 yaşlı Niyaz Əliyev istintaqa cəlb edib.Faktlarla bağlı araşdırma aparılır.