• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3204
— 28.12.2018 12:55

27 yaşlı gənc güllələndi, daha bir nəfər ağır yaralandı

KepezTV Player

Paytaxtda, Nizami rayonunun Keşlə qəsəbəsində qanlı olay baş verib. “Hyundai Elantra” markalı avtomobildə 2 nəfər güllələnib. Həmin şəxslər əvvəllər məhkumluq həyatı yaşayan 27 yaşlı Tural Babayev və 30 yaşlı Asif Bağırovdur. Tural Babayev hadisə yerində dünyasını dəyişib. Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub. Ekspertlər ərazini müəyinə ediblər. Hadisə yerində çoxlu sayda gilizlər tapılıb. Verilən məlumata görə, atəş avtomatdan açılıb. Mərhum Tural Babayev evin tək uşağı olub. Hazırda Nizami polisi qətli törədən şəxs və ya şəxslərin axtarışlarını aparır. Faktla əlaqədar Nizami rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.Faktla bağlı araşdırma aparılır.