• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2416
— 27.12.2018 23:41

Gəncədə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib

KepezTV Player

Şəhərdə fəaliyyət göstərən əksər mağzalarda qanunun tələblərinə əməl olunmadığı aşkarlanıb.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir. Bu istiqamətdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami və Kəpəz rayon polis idarələrinin əməkdaşları xidməti ərazilərində reyd keçiriblər. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar edilib.

Faktlar təsdiqini tapandan sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Sözügedən məhsulları satan şəxslər onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim edilmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları bu istiqamətdə reydlərini qarşıdakı günlərdə də davam etdirəcəklər.  

Natiq Hüseyn