• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 27.12.2018 10:27

Gəncədə Qida Təhülkəsizliyi Agentliyi sahibkarlarla görüşüb

KepezTV Player

Tədbirdə Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Bərdə, Tərtər, Ağsu, Kürdəmir, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Lənkəran, Masallı rayonundan 60-dan çox kənd təsərrüfatı məhsulları istehsalçısı və ixracatçısı iştirak edib. Sahibkarlar qarşılaşdığı çətinliklərlə bağlı təşkilatçılara cavab axtardıqları suallar ünvanlayıb.

Qida Təhülkəsizliyi Agentliyinin sahibkarlarla görüşünə  Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları da dəvət olunub. İştirtakçıların istehsal və ixracla bağlı bilməli olduğu nüanslar onlara izah edilib.

Nofəl Şəfiyev mingəçevirli sahibkar: “İki növ üzrə sahibkarlıq fəaliyyəti göstərirəm. Həm iri buynuzlu heyvandarlıq, həm də istixana təsərrüfatım var. Ikici dəfədir belə tədbirdə iştirtak edirəm. Bütün məsələlər üzrə biz burada maarifləndirilirik”.

Jalə Əmirbəyova qusarlı sahibkar:  “Çox təəssüf ki, daxili bazarlarda olan məhsullara ciddi nəzarət yoxdur. Mənə elə gəlir ki, Qida təhülksəizliyinin məmurları onlara da ciddi nəzarət etməlidirlər. Çünki bu gələcək nəsillərin sağlamlığı deməkdir. Bu Agentliyin məmurları kənd təsərrüfatıl sahəsində çalışan məmurlarla çox sıx əlaqədə olmalıdırlar. Həm maariflənmə, həm də nəzarət işlərində. Sizə deyim ki, məşğul olurlar”.

Agentlikdən öncə istehsalçı və ixracatçıların məhsullarını Dövlət Fitosanitar Nəzarəti Xidməti yoxlayırdı. Amma hazırda Qida Təhlükəsizliyi agentliyi bu yöndə tam ixtisaslaşmış mütəxəssisləri ilə sahibkarklara hər cür xidmət göstərir.

Əbdül İsmayılov Masallı rayonundan olan sahibkar: “Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra məhsullarımıza bir az daha artıq ciddi nəzarət var. Həm də biz orqanik yetişdiririk. Orqanik gübrələrimiz var. Məhsullarımızı orqanik gübrələrlə yetişdiririk. Biz 2011-ci ildən fəaliyyət göstəririk. İndi ixrac etməyə potensialımız var. İki ildir Rusiyaya planlaşdırırıq. Bu il Ərəb Əmirliklərinə təklif var. Onlara mal sataq. Öz çiyələyimizi”.

Tahir Hüseynov şəmkirli sahibkar: “Bu gün ölkədə kənd təsərrüfatı məhsullarının ixracında reytinqə görə 6-cı yerdəyik. 30 mln manata yaxın ixrac dövriyyəmiz var. Ixrac varsa əvvəllər fitosanitar ilə indi isə Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq edirik. Yeni qurulmuş bir qurumdur. İlk başlayanda çətinliklər oldu. Bu gün heç bir problem yoxdur”.

Sahibkarlara xüsusilə idxal ixrac əməliyyatları zamanı Qida Təhülkəsizliyi Agentliyi dəstək olur.  

Xəyalə Dadaşova Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri: Ümumiyyətlə sahibkarlarda ixrac prosesləri zamanı məhsulklarda hansı zərərli orqanizmlərin olmaması, qarşı ölkələrin tələbləri, ixrac zamanı hansı amillərə daha çox diqqət yetirməlidrlər. Sahibakrlardsa yaranan suallar budur ki, ixrac zamanı və eyni zamanda ixracdan sonra qarşı ölkələrdə müvafiq problemlərlə qarşılaşmasınlar. Qida Təhülkəsizliyi Agentliyi tərəfindən bitki və bitkiçilik məhsulalrının ixracı zamanı qarşı ölkənin tələbindən asılı olaraq fitosanitar seritifikatı, eyni zamanda qida təhlükəsizliyi sertifikatı verilir.

Gələcəyimiz üçün bütün sahibkarlar təhlükəsiz qida istehsalında öz öhtələrinə düşən vəzifəni layiqli yerinə yetirməlidirlər.