• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 27.12.2018 15:45

Daşkəsənin iki Göygölün bir kəndinə təbii qaz verilib

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Daşkəsən rayonunun Quşçu və Bayan kəndlərinə təbii qaz verilib. Ümumilikdə 1029 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 63 km-ə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rəsmi hissədən sonra kəndlərə qazın verilişini bildirən məşəl alovlandırılıb. Evlərdə qaz cihazları yandırılıb, abonentlərə təhlükəsizlik qaydaları izah edilib.  

Göygölün Çaykənd kəndinə də təbii qazın verilməsi sakinlərin sevincinə səbəb olub. Hazırda rayon mərkəzi də daxil olmaqla 30 yaşayış məntəqəsində 17 minə yaxın abonent qazdan istifadə edir. Bu il rayonun Şəhriyar, Kərəmli, Bəhrəmbağ və Sərkarlı kəndləri ilk dəfə qazlaşdırılıb. Yaxın vaxtlarda Qızılca və Yeni Qızılca kəndlərinin qazlaşdırılması tam yekunlaşacaq. Növbəti il isə digər kəndlərin qazlaşdırılması nəzərdə tutulub. 665 evdən ibarət Çaykənddə qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39 km olan xətlər çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kənddə rəmzi məşəlin alovlandırılmasl ilə evlərə qaz verilib.

Natiq Hüseyn