• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 26.12.2018 14:42

Yeni il ərəfsində Gəncədən ətraf rayonlara sərnişin daşınmasında problem yaşanmayacaq

KepezTV Player

Yeni il ərəfəsində Gəncədən ölkədaxili və xarici səfərlərə sərnişinlərin rahat gedib gəlməsi üçün dəmiryol vağzalı, avtovağzal və hava limanı gücləndirilən iş rejimində fəaliyyət göstərəcək. Mövcud reyslər üzrə sərnişin sıxlığı yaşanarsa xətlərə əlavə nəqliyyat vasitələri buraxılacaq.

Hazırda Gəncə beynəlxaq avtovağzalında reyslər gündəlik qrafiq üzrə həyata keçirilir. Kassalardan daha çox Bakı istiqamətinə biletlər satılsa da, bu gözəçarpacaq dərəcədə sıxlıq demək deyil. Belə hal baş verərsə xətlərə əlavə avtobuslar veriləcək.

Sərnişinlər qatara da bilet əldə edib mənzil başına çatmaqda çətinlik yaşamır. Gəncə dəmiryolu vağzalından verilən məlumata görə, görülən tədbirlərlə, bayram günləri başa çatanadək gediş-gəlişdə hər hansı bir problem yaşanmayacaq.  

Gəncə Hava Limanında isə adi günlərlə müqayisədə nisbətən sərnişin sıxlığının yaşandığı bildirilir. Lakin bu hal daxili və beynəlxalq reyslərdə gecikmələrin yaşanmasına səbəb olmur.

 

Elton Cabbarlı