• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 26.12.2018 13:28

21 yaşlı sürücü öldü

KepezTV Player

Cəlilabadın Privolnoye kəndi ərazisində qəza qeydə alınıb. Belə ki, "Ford" markalı avtomobil motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü, rayonun Ağdaş kənd sakini 21 yaşlı Orxan Niftullayev ölüb. "Ford"un sürücüsü isə xəsarət alıb.

Daha bir qəza Samuğun Çobanabdallı kəndində olub."VAZ-2107" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində "VAZ"da olan Çobanabdallı kənd sakinləri - Sərxan Nəbiyev və Ələddin Abdullayev xəsarət alıb. Hər iki yaralı öncə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.

Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Qıraqlı kəndində qeydə alınıb. Kənd sakini Eldəniz Babayevi yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Çox keçmədən Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.