• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 21.12.2018 13:23

Avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkarlanıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2105" markalı avtomobil saxlanılıb. Öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Avtomobilə baxış zamanı isə nəqliyyat vasitəsinin sağ və sol qanadlarının altından 280 ədəd pirotexniki vasitə aşkarlanıb.