• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 20.12.2018 15:48

Gəncə Yeni ilin sehrinə düşüb

KepezTV Player

Şəhərin əsas meydanında hündürlüyü 21 metrə olan küknar ağacı qurulub. Burada balacaların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün müxtəlif atraksionlar quraşdırılıb. Ərazidə “Tir”, “Faceart” və sair fərqli əyləncələr üçün də şərait yaradılıb. Bununla yanaşı şəhərin baş meydanında 10 ədəd kiçik evcik qurulub ki, burada da müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçirilir. Bayram günlərində mütamadi olaraq şou-proqramlar, uduşlu viktorinalar da baş tutacaq. Saat 17-dэn başlayan və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan musiqili proqramlar dekabrın 31-dək davam edəcək. Dekabırın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Gəncənin baş meydanında konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.