• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 20.12.2018 13:48

Daxili orqanında narkotik gətirən şəxs saxlanıldı

KepezTV Player

Piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Daxili orqanından 3 ədəd bükümdən birində 1.69 qram olan heroin, digər bükümdə 9.19 qram metamfetamin, sonuncu bükümdə isə 4 ədəd "metadon" həbi aşkar edilib.

Narkotik vasitə və psixotrop maddə aşkarlanıb.Biləsuvar gömrük postunda Azərbaycana gələn İran vətəndaşı saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.Lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında daxili orqanları müayinə edilib. Düz bağırsağından 149 qram metamfetamin, təqribən 1 qram heroin aşkarlanıb.

Mobil telefonlara məxsus ekranlar aşkar olunub.Rusiya istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı maşından 16 qutuda 154 ədəd mobil telefonlara məxsus ekran aşkar olunub.