• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 19.12.2018 14:36

Qazaxda “Yeni üfüqlər” adlı rəsm sərgisi təşkil olunub

KepezTV Player

Qazaxda "Yeni üfüqlər” adlı rəsm sərgisində Azərbaycan Dövlət Rəsm Qalereyasının və Qazax Dövlət Rəsm Qalereyasının fondlarında olan 70 əsər sərgilənib. Nümayiş olunan əl işləri ilə tanışlıqdan Qazaxda incəsənətin bir qolu olan rəssamlıq üçün yaradılan şəraitdən danışılıb. Rəssamlıqla məşğul olanların, xüsusilə də gənclərin bu sahəyə marağını artırmaq və onlara hərtərəfli dəstək göstərmək sərginin hədəflərindəndir. Tədbirdə Qazax şəhər 1 saylı uşaq musiqi məktəbinin xor kollektivi Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Sonda sərgi iştirakçılarına mükafatlar təqdim olunub.

 

Natiq Hüseyn