• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 19.12.2018 13:33

Metroda cibgirlik edənlər yaxalandılar

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən paytaxt sakini qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib. Dərhal müvafiq tədbirlərə başlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib. Abşeron rayon sakini olan qadının “Samsung” markalı mobil telefonunun metronun “Nizami” stansiyasında oğurlanması barədə müraciətlə əlaqədar keçirilmiş tədbirlər nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev metronun “28 May” stansiyasının yaxınlığına saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.