• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 19.12.2018 10:03

Voyager-2 zondu ulduzlar arasına çıxan ikinci Yer aparatı oldu

Voyager-2 komsik zondu kosmos tarixində ulduzlar arasına çıxan ikinci süni peyk olub. İlk dəfə isə Voyager-1 2012-ci ildə heliosferdən kənara çıxmağı bacarmışdı. Voyager-2-ə gəldikdə o, 1977-ci ildə göyə buraxılıb və cəmi 5 il işləyəcəyi hesablanmışdı. Amma 41 illik uçuş müddətində aparat Yupiter, Saturn, Uran və Neptuna yaxınlaşmağı, əldə olunan məlumatları isə Yer kürəsinə göndərməyə nail olub. Bundan sonra Voyager-2 Günəş sisteminin sərhədinə yaxınlaşıb. Hazırda kosmik aparat planetimizdən 120 astronomik vahid aralıdadır. Bu, təxminən 18 milyard kilometr deməkdir. Voyager-1 isə Yerdən 145 astronomik vahidi qədər aralıdadır. Bu aparatların heliosferdən kənara çıxması Günəş sistemini tərk etməsi anlamına gəlmir. Günəş sisteminin sərhədi Oorta Buluduna yaxındır. Günəşlə onun arasında məsafə isə təxminən 100 min astronomik vahiddir. İndi Voyager-2 komsik gəmisinə 300 il lazımdır ki, Oorta Buluduna çatsın. Təqribən 30 min ildən sonra isə həmin buludun yanında keçə bilər. Hər iki Voyager kosmik aparatının göyərtəsində qızılı plastinka var. Burada mümkün yadplanetlilər üçün Günəş sisteminin koordinatları, müxtəlif səslər və görüntülər yer alıb.