• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 18.12.2018 17:44

Polestar kupe belə test edildi

Daha əvvəl Volvo markasına məxsus Polestar şirkəti özünün ilk prototipini test etməkdə davam edir. 1 indeksli hibridli kupe Hällered Proving Ground poliqonunda sınanılır. Burada maşınlar yaş asfaltda 220 km/saat sürətədək yoxlanılır. Yeni sınaq mərhələsi daha çətin hesab olunur. Bununla avtomobilin gediş xarakteristikası qiymətləndirilir. Mühəndislər sükan idarəetməsinin son yoxlamalarını edirlər. Kupenin satışı 2019-cu ilin ikinci yarısından başlayacaq. İlkin qiymət isə 155 min avrodur.