• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 18.12.2018 10:16

Vivo şirkəti iki ekrana və 3D kameraya sahib flaqman smartfonu təqdim etdi

Vivo şirkəti Nex Dual Display Edition adlı yeni flaqman smartfonunu təqdim edib. Əgər yayda təqdim edilmiş Nex S smartfonu ön kameraya sahib idisə, yeni flaqman modeldə şirkət ümumiyyətlə ön kameradan imtina edib. Bununla da şirkət yeni modelində əsas üstünlüyü ekranın maksimal çərçivəsiz olmasına ayırıb. Yeni flaqman smartfon ön panelin 91.6%-ni əhatə edən 2340x1080 piksel keyfiyyətli 6.39 düym Super AMOLED ekranla təchiz olunub. Aparat həmçinin ekran üzərində çıxıntı hissədən də məhrum olub. Buna görə də smartfon hər tərəfdən olan maksimal dərəcədə nazik çərçivələrlə fərqlənir. Rəsmilər istifadəçilərə ön kameradan imtina edərək yalnız arxa kameradan istifadə etməyi məsləhət görürlər. Lakin bu halda belə bir sual yaranır: istifadəçi selfi foto çəkmək istəyəndə özünü necə görəcək? Bunun üçün də əla həll üsulu var. Belə ki, Nex Dual Display Edition modelinin arxa panelində əlavə olaraq Full HD keyfiyyətli 5.49 düym Super AMOLED ekran var. Smartfonun təqdimatı zamanı arxa paneldə olan ikinci ekrandan müxtəlif istifadə halları barəsində də məlumat verilib. İlk növbədə əsas üstünlük selfi fotoların çəkilməsinə verilir. Əlavə ekrandan həmçinin müxtəlif mobil oyunlarda da yararlanmaq olar. Çünki arxa paneldəki ekran çoxlu sayda sensorlardan ibarətdir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 10 GB RAM, 128 GB daxili yaddaş həcmi və sürətli enerji yığma özəllikli 3500 mAs enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun əsas özəllikləridən biri də onun kameralarıdır. Belə ki, smartfona 12 MP (f/1.79 diafraqmalı Sony IMX363) + 2 MP (f/1.8 diafraqmalı) + 3D TOF (f/1.3 diafraqmalı) üçlü arxa kamera quraşdırılıb. Smartfon 23 dekabr tarixində satşa çıxacaq. Onun təqribi qiyməti isə 725$-dır.