• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 18.12.2018 13:56

Piyada keçidində 4 nəfəri avtomobil vurub

KepezTV Player

Paytaxtda piyada keçidi ilə yolu keçən 4 nəfəri avtomobil vurub.Hadisə Nərimanov rayonunda Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb. “Hyundai” markalı avtomobil yolu keçmək istəyən şəxsləri vurub. Daha sonra isə “BMW” markalı avtomobilə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb edilib. Xəsarət alanlar - 23 yaşlı Elnarə Axundova, 53 yaşlı Sevinc Mirabova və 54 yaşlı Sədaqət Zeynalova 1 saylı Şəhər Klinik Xəstəxanasına, digər piyada isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta-ağırdır. Qəza zamanı "Hyundai"-ın sürücsü yüngül xəsarətlər alıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Qəzanın səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.