• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 13.12.2018 15:44

Goranboyda patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə dezinfeksiya tədbirləri həyata keçirilib

KepezTV Player

Goranboyda heyvanlar saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə dezinfeksiya tədbirləri həyata keçirilib. Rayon Baytarlıq İdarəsi tərəfindən ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında təşkil olunan dezinfeksiya işləri ilə yanaşı dezinseksiya və deratizasiya tədbirləri də icra olunur. Dezinfeksiya aparılan zaman, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə də fikir verilir. Profilaktik tədbirlərin davamlı olaraq aparılması nəzərdə tutulur.

Elsevər Hüseyinov Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Goranboy rayon ərazisində epizootik sabitliyin qorunması və zonoz xəstəliyinin qarşısının alınması məqsədi ilə mal-qaranın, davarların və quşları yetişdirildiyi, saxlanıldığı binalar dezinfeksiya və dezinseksiya edilir. Cari il ərzində Goranboy rayon ərazisində mövcud olan epizootik sabitliyin qorunması üçün  episotiya əlehinə və diaqnostika  profilaktik tədbirlərə uyğun olaraq bütün növ heyvanlarda profilaktik tədbirlər həyata keçirilmişdir.