• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2108
— 13.12.2018 13:53

Bomba qoyulması barədə anonim zəng edən şəxs saxlanıldı

KepezTV Player

Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyənləşib. Araşdırma aparılır.