Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			12.12.2018 13:15		
		Oğurluq faktlarının üstü açıldı
KepezTV Player
					  
					  					  				Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Cari ilin mart ayından noyabr ayınadək rayon ərazisindəki 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 1400 manat və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Ətrafında keçirilmiş tədbirlərlə onun dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
- Baxış: 505

