• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 11.12.2018 16:08

Bu qış Goranboyun təhsil ocaqlarında istilik problemi yaşanmayacaq

KepezTV Player

Goranboy rayonunda qış mövsümü ərzində məktəblərin isidilməsi ilə bağlı problem yaşanmayacaq. Qışa hazırlıq tədbirləri çərçivəsində rayonun bütün ümumtəhsil məktəbləri yanacaqla təmin edilib. Rayonda ümumilikdə 78 ümumtəhsil müəsisəsi fəaliyyət göstərir ki, bunlardan da 18-i təbii qazla, 60 məktəb isə maye yanacaq və odunla isidilir. Noyabrın 15-dən etibarən qış mövsümünə keçidlə əlaqədar bütün ümumtəhsil məktəblərində sinif otaqları qızdırılır. Normal dərs şəraitinin yaradılması şagirdlərin davamiyyətinə də müsbət təsir göstərir. Hazırda rayonun 84 ümumtəhsil müəsisəsində 16 mindən çox  şagird təhsil alır.