• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 10.12.2018 13:02

Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 2121" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, yanacaq çəninin içərisindən 130 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.