• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 10.12.2018 13:13

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edilib

KepezTV Player

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib. Sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb. Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakin­ləri 48 yaşlı Əli Rüstəmov və 27 yaşlı Elnur Cəfərov olmaları müəyyən edilib.