• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2136
— 08.12.2018 14:53

Gəncədə ailə münaqişəsi ərin biçaqlnması ilə nəticələnib

KepezTV Player

Hadisə şəhərin Dədə Qorqud küçəsi ev 23, mənzil 1-də baş verib. Bir neçə ildir ailəli olan İbrahim və Günay İsmayılova cütlüyü arasında ötən gün baş verən münaqişə qadının bıçağa əl atması ilə nəticələnib və ərinə iki bıçaq zərbəsi endirib. Ağır bədən xəsarətləri alan İbrahim İsmayılov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyta olunan xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Etibar Abbasov həkim:“ Xəstəxanamıza ağır vəziyyətdə qarının daxilə keçən kəsilmiş deşilmiş yarası və döş qəfəsini deşilmiş yarası ilə Gəncə şəhər sakini İbrahim İsmayılov gətirilib. Əməmliyya olunan xəstənin qarın nahiyyəsindəki yaraları aşkar olunaraq tikilmişdir, döş qəfəsində yarasıda birinci cərrahi işlənib. Hazırda xəstənin mülaicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti keçirdiyi əməliyyata uyğundur.