• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 07.12.2018 14:34

Samuxda arıçıların iştirakı regional toplantı keçirilib

KepezTV Player

Samux, Daşkəsən və Gorandoy rayonlarından olan aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı məqəsdilə arıçılıq üzrə fermerlər və tərəfdaşlarla dəyrmi masa təşkil olunub. Görüşün məqsədi respublikada arıçılığın inkişafına təkan vermək maraqlı tərəfdaşları bir araya gətirmək, onlar arasında işgüzar əlaqələri gücləndirmək və potensial inkişaf imkanlarını genişləndirməyə stimul verməkdir. Həmçinin layihənin xüsusi məqsədi, fəaliyyət istiqamətləri vasitəsilə 400 aztəminatlı kənd ailəsinin, bazaryönümlü gəlirin və məşğulluğun artmasına yönələn təşəbbüslərini dəstəkləməkdir. Tədbirdə həmçinin arıçılıq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

İlkin İbrahimov - SOS Uşaq Kəndləri Assosiasiyasının ictimai fondlar üzrə mütəxəssisi Layihə ərzində Samux Daşkəsən və Goranboy rayonlarından olan 45 arıçının hər birinə 5 arı ailə verilib. Layihə üç illik müddəti ərzində onlara nəzəri və praktiki təlimlər keçiriləcək ki arı ailələrinə necə baxsınlar arı ailələrinin sayını artırsınlar. Onların xəstəliklərinə və zərərvericilərinə mübarizə aparsınlar.

 

Natiq Hüseyn