• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 06.12.2018 13:41

Sahibi evdə olmayan mənzildə yanğın baş verib

KepezTV Player

Gəncədə sahibi evdə olmayan mənzildə yanğın baş verib. Hadisə Azərbaycan bayrağı küçəsi, I döngə, bina 9, mənzil 44 ünvanında qeydə alınıb. Alov Gəncə şəhər sakini 79 yaşlı Yaşar Məmmədova məxsus mənzildə meydana gəlib. 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bir otağı yanıb. Hadisə zamanı evdə heç kim olmadığından yanğınsöndürənlərə qonşular məlumat veriblər. Əraziyə 4 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə cəlb olunub. Alov söndürülüb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.