• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 05.12.2018 22:23

Gürcüstandan qanunsuz yolla pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "İsuzu" markalı avtomobil saxlanılıb. Vətəndaş ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş saxlanc yerində 8332 ədəd pirotexniki vasitə aşkar olunub.