• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 05.12.2018 14:28

Gəncə Dövlət Dram Teatrında Ofelya Mədədqızının “Sevgi ölmür” lirik dramı nümayiş olunub

KepezTV Player

Beynəlxalq Əlillər günü münasibəti ilə Gəncə Dövlət Dram Teatrında yerli yazar Ofelya Mədədqızının “Sevgi ölmür” lirik dramı nümayiş olunub. Quruluşçu rejissoru Elşad Əhmədov olan səhnə əsərinin quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevadır. Tamaşada rolları Günay Cabbarova, Ruslan Hüseynov eləcədə əməkdar artistlər Sevda Orucova, Rahilə Məmmədova və başqa aktyorlar oynayır. Müəllif əsərdə öz yaşadığı həyatını qələmə alıb və burada hadisələr olduqca maraqlı, ardıcıl şəkildə nümayiş olunur. Nərgiz və Cəfərin timsalında  Ofelya Mədədqızı yaşadığı saf, ülvi məhəbbəti tamaşaçıya göstərməyə çalışıb.  “Sevgi ölmür” tamaşası ötən il hazırlanıb təhvil verilsə də tamaşaçılar tərəfindən bu gün də maraqla izlənir.

Ofelya Mədədqızı - müəllif – “ Bu əsərdə öz taleyimi yazmağımla bərabər bu əsərimi xalqa çatdırmaq istədim ki, əlillərin də sevib sevilməyə haqqı var.

Günay Cabbarova - aktrisa – “Mən Ofelya Mədədqızının həyatını oynamışam. Əvvəl o fiziki qüsurlu olmur. Nişanlı qızdı, bunların toyuna bir ay qalmış qəza keçirir və o əlil olur. Bundan sonra hər bir şey başlayır və onlarda problemlər yaranır. Amma buna baxmayaraq oğlan öz sevgisindən dönmür. Sonda bunların sevgisi qalib gəlir və qovuşurlar”.

 

Elnur Vahidoğlu