• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 04.12.2018 17:35

Təhsildə beynəlxalaq təcrübənin öyrənilməsi əsas prioritetlərdəndir

KepezTV Player

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Bu təcrübə ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində müstəsna rola malikdir. Müasir tələblərə malik insan resurslarına olan ehtiyacın yerli ali təhsil müəssisələrində hazırlanması üçün məhz birinci dövlət proqramı üzrə əldə olunan təcrübə və nailiyyətlərdən istifadə ediləcək. Noyabrın 16-da qəbul olunan “2019–2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə ölkədə insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də vətəndaşlara aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı yaradır.

Ceyhun Bayramov təhsil naziri:Dövlət proqramı özündə ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırıması istiqamətində əsas iki amil təqdim edir. Onlardan biri dünaynın aparıcı ali təhsil müəssisələri ilə  bizim ali təshil müəssisələrimiz arasında ölkənin social iqtsiadi inkişaf prioritetlərinə uyğun olaraq ikili diplom proqramlarının təsis edilməsi və bununla da bizim ali təhsil müəssisələrimizdə yeni müasir məzmunun daha sürətlə gətirilməsi,  eyni zamanda  İkinci istiqamət olaraq  Azərbaycanda gənc tədqiqatçıların, gənc alimlərin dünyanın aparıcı ali təhsil müəsisələrinin doktorantura pillələrində təhsillərinin maliyyələşdirlməsi instrumentini özündə ehtiva edir.

Bu gün bir sıra MDB ölkələrində də oxşar təcrübə tətbiq olunur. Məsələn, Qazaxıstanda gənclərin xaricdə təhsil almasını dövlət təmin etməklə xaricdəki təcrübənin, ənənənin, xüsusən də innovasiyanın ölkəyə transfer və idxal edilməsinə şərait yaradır.

Vüqar Bayramov iqtisadçı ekspert : Proqramın davam etməsinə ehtiyac vardı. Proqramın bərpası bütüb hallarda müsbət məqamdır. Məhz bu gənclərimizə dövlət vəsaiti hesabına xaricdə təshil almaq imkanının yaradılması deməkdir. Azərbaycan gənclərinin xaricdə xüsusən də dünyanın aparıcı universitetlərində təhsil alması həmin universitelərdəki təcrübənin və innovasiyanın ölkəyə transfer edilməsi baxımından xüsusən də əmək bazarında rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından çox vacibdir. Düşünürəm ki, Azərbaycan xaricdə təhsil proqramı ilə yanaşı eyni zamanda Azərbaycanda fəaliyyət göstərən universitet və ali məktəblərin imknalarının genişləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına nail olunmalıdır. İnkişaf etməkdə olan ölkələr üçün xaricdə təhsil çox vacibdir.

Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas icraçıları Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumlarıdır.