• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 04.12.2018 15:36

Gəncədə maarifləndirici ekoloji aksiya keçirilib

KepezTV Player

Gəncəçay Park Bulvar Kompleksinin könüllülərinin iştirakı ilə baş tutan “Təmiz Gəncəm” adlı aksiya zamanı Gəncəçayın hər iki sahil zolağı, eləcə də çayın məcrası bərk məişət və digər tullantılardan təmizlənib, şəhər kənarındakı paliqona daşınması təmin olunub. İnsanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimayyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək üçün keçirilən bu aksiya eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair biliklərini, təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti də formalaşdırmaqdan ibarətdir.

Rüstəm Bağırov Gəncəçay Park Bulvar Kompleksinin rəisi:Gəncəçay Park Bulvar Kompleksində artıq 7 böyük aksiya keçirmişik. Bu səkkizinci aksiyadır ki, keçiririk. Bulvarda “Təmiz bulvar” aksiyasını yay fəslində keçirmişik. Aksiyada tələblər, gənclər o cümlədən bulvar komleksinin gənc fəalları iştirak edirdi. Bulvarın girişində 3 ədəd plastik qabların yığılması üçün qutu qoyulub. Gəncləri maarifləndiririk ki, bu işdə daha da fəal olsunlar. Gəncəmizi təmiz saxlamaq üçün bizə kömək etsinlər.

Gülmira Cəfərova aksiya iştirakçısı:Şəhərimizdə keçirilən bütün aksiyalarda fəal iştirak edək. Əsas da gənlərimiz fəal olsun. Şəhərimiz bizim evimizdir, evimizi təmiz saxlayaq.

Təbriz Məşədihəsənov aksiya iştirakçısı:Bir gənc olaraq bu aksiyanı alqışlayıram. Növbəti aksiyalarda bütün gənclərimizin iştirakını istəyirəm.

 

Elnur Vahidoğlu