Bu günə xəbərlərin oxunma sayı: 1493
— 04.12.2018 13:58

Yeni ailə quran cütlük ölümdən döndü

KepezTV Player

Bakının Suraxanı rayonunda ailə quran gənclər isə dəm qazı boğulmasından xilas edilib.Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsində qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.Dərhal hadisə yerinə yollanan sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel halsız vəziyyətdə aşkar edilib. Təcili tibbi yardım gələnə qədər polis əməkdaşı Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub. Hər iki zərərçəkən 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.