• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 04.12.2018 10:12

NASA InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib

NASA-nın InSight adlı kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib. InSight adlı kosmik aparat bu ilin 5 may tarixində NASA Discovery missiyası çərçivəsində Yer kürəsindən Mars planeti istiqamətinə göndərilmişdi. 26 Noyabr tarixində isə kosmik aparat planetin atmosferinə daxil olmuşdu. Kosmik aparatın nəticə etibarilə Mars planetinin səthinə enişi çox qəliz şəkildə reallaşdırılıb. 16 km yüksəklikdə aparatın 12 diametrlik paraşut sistemi işə düşüb və daha sonra aparat öz qoruyucu panelindən azad olub. Eniş prosesi zamanı aparatın temperaturu 1000 dərəcə təşkil edib. Bir qədər sonra isə kosmik aparat öz dayaq hissələrini işə salıb və onların üzərində eniş etməyi bacarıb. InSight son 2 ildə Mars planetinin səthinə eniş etmiş ilk aparat olub. 2016-cı ilin yaz fəslində Mars planetinin səthinə digər kosmik aparat olmuş Schiaparelli eniş etməyə çalışmışdı. Lakin onun enişi uğursuz alınmışdı. InSight kosmik aparatının müvəffəqiyyətli enişindən 15 dəqiqə sonra aparat NASA-ya ilk fotonu göndərib. InSight seysmoloji aktivliyin ölçülməsi üçün SEIS adlı cihaz ilə təchiz olunub. Bu cihaz sayəsində InSight Mars planetinin səthində olan seysmoloji aktivliyi təyin edəcək və adi seysmoloji aktivliyi meteroitlərin planetin səthinə düşmələri zamanı yaranan seysmoloji aktivlikdən ayıra biləcək. Kosmik aparatın əsas məqsədi isə planetin səthində 5 metrlik quyu qazma prosesi olacaq. Bunun üçün o, lazımi avadanlıq əldə edib. Lazımi dərinlikdə quyunun qazılması ilə Mars planetinin qabığını, mantiyasını və nüvəsini tədqiq etmək mümkün olacaq. Bu arada kosmik aparat Yer kürəsinə ilk selfi fotosunu göndərib. Göndərilmiş fotoda Elysium Planitia adlı düzənlik əks olunub. Bu düzənlik quyu qazılması və digər tədqiqat işlərinin aparılması baxımından InSight üçün əlverişli zonadır. Uğurlu enişdən sonra uzunmüddətli kosmosda səyahət və sürətli eniş zamanı kosmik aparatın heç bir hissəsinin zədələnmədiyinə əmin olmaq üçün InSight-a bir neçə müddət vaxt lazım olub. İlk selfi foto ilə birgə göndərilmiş məlumatlar onu göstərir ki, kosmik aparat öz günəş panellərini uğurlu şəkildə aktivləşdirib.