Bu günə xəbərlərin oxunma sayı: 1496
— 03.12.2018 22:34

Qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib

KepezTV Player

Daxili İşlər Nazirliyi Azərbaycanda xəyanət etdiyi deyilən qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib. Məlumatda deyilir: "Sosial şəbəkələrdə əri tərəfindən saçları qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub. Qadının anası, Mingəçevir şəhər sakini olan qadın dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. Müəyyən edilib ki, Gəncədə anadan olan, hazırda Rusiya vətəndaşı olan şəxslə 2013-cü ildə ailə həyatı quran qadın iki il müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".