• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 29.11.2018 13:41

24 yaşlı gənc qəzanın qurbanı oldu

KepezTV Player

Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Gecə saatlarında rayonun Əyyublu kənd sakini, 24 yaşlı Elnur Abbasov həmin kəndin ərazisində Kia markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarına aşıb. Ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.