• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 26.11.2018 14:37

Samuxda səpin kompaniyasına 28 aqreqat və müxtəlif texnikalar cəlb olunub

KepezTV Player

Bu günə kimi 10 min hektarda şum aparılıb, 6 min hektarda isə səpin yekunlaşdırılıb. Səpinin 3 min hektarını arpa, 2 minini buğda, 650 hektarını isə xəsil təşkil edir. Səpinin optimal müddətdə yekunlaşdırılıması üçün Samux Aqrar İnkşaf Mərkəzində qərargah da yardılıb. Fermer təsərrüfatlarının sertifikatlı toxumlarla, güzəştli mineral gübrələrlə, suvarma suyu və səpin texnikaları ilə təminatında ciddi problemlər yaşanmır. Ötən məhsul ilində Samux rayonunda hər hektar buğda və arpa sahəsindən orta hesabla 35 sentner məhsul əldə olunub. Bu da 2017-ci illə müqayisədə 36 min tondan artıq taxıl istehsalı deməkdir.

Rahil Həsənov - Samux Aqrar İnkşaf Mərkəzini direktoru “ Ümumlikdə buğda əkininə görə, 90 manat subsidiyanın verilməsi, təkrar əkinlərə 50 manat maliyyə yardımının tətbiq edilməsi, bu ildə ötən ildəkindən az məhsul olunmayacağının göstəricisidir. Çünki aparılan tədbirlər, şumun keyfiyyətli qaldırılması, torpağın səpin üçün hazırlanması və daha keyfiyyətli toxum materialları ilə istifadə edilməsi bol məhsulu üçün zəmin yaradır.

 

Xaliq Qurbanlı