• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 26.11.2018 13:16

Qayın yeznəsini bıçaqlayıb

KepezTV Player

Bakıda qayın yeznəsini bıçaqlayıb. Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində olub. Qəsəbə sakini, 33 yaşlı Elçin Məsimov evinin yaxınlığında qayını, 41 yaşlı Bəhram Yaqubov ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Bu zaman Yaqubov Elçin Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaqubov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.