• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 23.11.2018 14:49

Kubokun finalının Gəncədə keçirilməsi Avropanın İdman Şəhəri titulunun təbliğinə dəstək verə bilər

KepezTV Player

Gəncə gələn il daha bir beynəlxalq layihəyə ev sahibliyi edəcək. Nizami yurdu 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu daşıyacaq. Bu ad altında çoxlu sayda yerli və beynəlxalq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Ayrı-ayrı idman növləri üzrə turnirlərin təşkili, Avropa İdman Festivalı, veloyürüşlər, marafon yarışları və digər müxtəlif tədbirlər iş planının tərkibi hissəsi olacaq. Futbol üzrə Azərbaycan Kubokunun final matçının Gəncədə keçirilməsi istəyi də Avropanın İdman Şəhəri titulunun təbliğinə dəstək verə bilər.

Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “AFFA-nın bu ideyası təbii ki, bizi sevindirdi. Növbəti ildə kubokun həlledici oyununun Gəncədə təşkili bizim titula dəstək olar. Biz buna yalnız sevinə bilərik. İnanıram ki, finalın Gəncədə keçirilməsi şəhərimzin futbolunun inkişafına dəstək olacaq, gələcəkdə yenidən Premyer Liqada çıxışımızı davam etdirə biləcəyik”.

Azad Rəfi