• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 23.11.2018 14:17

Göygöl rayonun ucqar dağ kəndlərinin yol kənarlarına 200 kub metr qum ehtiyatı yığılıb

KepezTV Player

Bu qış Göygöl rayonun ucqar dağ kəndlərinə gedən sürcülərin mənzil başına rahat və təhlükəsiz çatmaları üçün yol kənarlarına 200 kub metr qum ehtiyatı yığılıb. Ehtiyat olaraq isə 150 kub metr qum və 10 t duz tədarük edilib.  49 km Respublika, 116 km yerli əhəmiyyətli yollara xidmət edən 24 nömrəli Yol İstismar İdarəsi MMC-nin işçiləri lazımi vasitələrlə təmin ediliblər və 6 ağır texnika yolların qardan təmizlənməsi üçün hazır vəziyyətə gətirilib.

Musa Cabbarov - sürücü – Göygöl rayonun Göyçə kəndin də yaşayıram. Qar olduqda tez-tez yolları təmizləyirlər. Bizim gediş-gəlişi yaxşılaşdırırlar, sağ olsunlar.

Şəmsi Nəcəfov - 24 nömrəli Yol İstismar İdarəsi MMC-nin baş mühəndisi – “Əsas kəndlər Murud, Köşkü, Mixaylovkadı, Yeni Zod, Toğana kəndləridir. Bu sahələr qum quz hazırlğı yerinə yetirilib və davam etdiririk. İstənilən vaxt istənilən işi görə bilərik. Çalışırıq ki, qış dövrün də bizim yolda hərəkətin təhlükəsizliyitəmin olunsun və fasiləsiz hərəkət rejimi tətbiq olunsun”.

 

Elnur Vahidoğlu