• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 23.11.2018 13:38

Şəmkirdə saxta toxum satan mağaza aşkarlandı

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəmkirdə reyd keçiriblər. Bitki mühafizə vasitələri və toxum satışı məntəqəsində saxta toxumların alıcılara təklif edildiyi aşkarlanıb.

Rusiyada müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan şirkətlərdən biri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək Şəmkirdə onlara məxsus əmtəə nişanı altında saxta toxumların satıldığı barədə məlumat verib. Müraciət üzrə yerində yoxlama aparan  agentlik əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Şəmkir-Kür qəsəbə avtomobil yolunun üzərində yerləşən Zeynalabdin Məmmədova məxsus mağazaya baxış keçiriblər. Yoxlama zamanı məlum olub ki, mağazada təkcə saxta toxumlar deyil, xeyli sayda mənşəyi məlum olmayan, ölkədə qeydiyyata alınmayan, istifadə müddəti bitən bitki mühafizə vasitələri, aqrokimyəvi vasitələr, pestisidlər və tərəvəz toxumları satılır.

Faktla bağlı protokol tərtib olunub və bu əməllərlə məşğul olan şəbəkənin aşkar edilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Bəhruz İsayev - AQTA-nın məsləhətçisi:  Biz müraciət əsasında həmin satış yerində olduq. Əyani şəkildə saxta xiyar toxumlarını aşkarladıq. Sahibkara xəbərdarlıq edirik və onların satışını qadağan edirik.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitki mühafizə vasitələri və toxumların satışına nəzarət tədbirləri davam etdirilir.

 

Natiq Hüseyn