
Yandeks şirkəti Alisa səs köməkçisi olan internet cihazı təqdim edib. Smart-səsgücləndiricilər heç də yüksək səs keyfiyyətinə malik deyil və ya videonu televizora ötürmək qabiliyyəti yoxdur. Buna görə qiyməti də digərlərinə nisbətən ucuzdur. Irbis A və Dexp Smartbox Wi-Fi şəbəkəsinə qoşulur və daxili mikrofon, dinamik və Yandex.iO platforması hesabına Alisadan başqa rusların daha əvvəl buraxdığı səs köməkçisini də dəstəkləyir. Irbis A və Dexp Smartbox cihazlarının hərəsinə 50 dollar qiymət qoyulub.
- Baxış: 536