• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 22.11.2018 14:58

Ədliyyə işçilərinin peşə bayramı bölgələrdə də qeyd olunub

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı sərəncamla hər il qeyd olunan ədliyyə işçilərinin peşə bayramı qərb bölgəsinin rayonlarında da silsilə tədbirlərlə yaddaqalan olub. 

Şəmkirdə Azərbaycan Ədliyyəsinin yaradılmasının 100 illiyi münaisbəti ilə təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin abidəsini və  şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keşən şəhidlərin məzarlarını ziyarətlə başlayıb. Şəmkir rayon Məhkəməsinin inzibati binasında aparılan təmir işləri, qanunun aliliyinin qorunması və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması üçün yaradılan imkanlarla tanışlıq olub. Yubiley tədbirində dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edildiyi, Azərbaycan ədliyyəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdiyi diqqətə çatdırılıb. Tədbir iştirakçıları nazirliyin tabeliyində olan orqanların Şəmkirdə fəaliyyətini yüksək qiymətləndiriblər.

Göygöl də Azərbaycan Ədliyyəsinin 100 illik yubiley tədbiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışılıb, son illər bu sahədə sürətli tərəqqiyə nail olunduğu xüsusilə vurğulanıb. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqa şərəflə xidmət edəcəkləri, vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə olunub. Sonda bir qrup əməkdaşa fəxri fərman təqdim olunub.

Samuxda da ədliyyə işçilərinin peşə bayramı qeyd edilib. Dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbirdə Azərbaycanda ədliyyənin davamlı inkişafı və qazanılan nailiyyətlərdən danışılıb.  Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyi, səlahiyyətlərin xeyli genişləndiyinə diqqət çəkilib. Qanunun aliliyi və insan hüquqlarının təmin olunması istiqamətində atılan addımlar təqdir edilib. Sonda qabacıl ədliyyə işçiləri mükafatlandırılıb.

Tovuzda keçirilən yubiley tədbirinin iştirakçıları da ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib. Demokratik cəmiyyətdə müstəsna əhəmiyyət daşıyan məhkəmə hakimiyyətinin faəliyyəti yüksək qiymətləndirilıb. Ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilən məhkəmə binalarının inşa edildiyi, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin yaxşılaşdırıldığı diqqətə çatdırıb. Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.

Natiq Hüseyn