
Amerikanın özəl Rocket Lab aerokosmik şirkəti özünün ilk kommersiya xarakterli Electron raket-daşıyıcısını kosmosa buraxıb. Onunla birgə bir neçə kiçik peyk orbitə çıxarılıb. Missiya It’s Business Time adını alıb. Raket Yeni Zelandiyadan göyə qaldırılıb. Electron ultra yüngül raket daşıyıcı sinfinə aiddir. O kommersiyalı mikro və nano peyklərin buraxılışı üçün nəzərdə tutulub. 2012-ci ildən hazırlanan raket 17 metr uzunluğunda, diametri isə 1,2 metr ölçüdədir. Uçan kosmik aparat özü ilə Yer ətrafı ən aşağı orbitə 225 kiloqram, 500 kilometrlik günəş-sinxron oribitinə isə 140 kiloqram yük götürə bilir.
- Baxış: 326