• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 20.11.2018 15:32

“Kəpəz” yoxlama oyununda qələbə qazandı

KepezTV Player

I Divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. “Sarı-göylər”in rəqibi Region Liqasında Gəncəni təmsil edən “Qoşqar” komandası olub. Matç Göygöl Olimpiya İdman Kompleksinin stadionunda reallaşıb. Oyun ərzində hər iki komandanın məşqçilər korpusu heyətdəki bütün futbolçuları sınaqdan keçirib. Hesaba gəlincə, Gəncə derbisi “Kəpəz”in böyükhesablı qələbəsi ilə nəticələnib - 12:2. Xatırladaq ki, tərəflər arasında sentyabr ayında da yoldaşlıq görüşü keçirilib və həmin oyunda I Divizion təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Azad Rəfi