• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 16.11.2018 14:30

Gəncə Avtomobil Zavodunda cari ildən pambıq daşımaq üçün qoşquların istehsalına başlanılıb

KepezTV Player

Tam yerli istehsal olan məhsula tələbat çoxdur. Universal qoşqu anoloji xarici məhsuldan bir neçə üstünlüyü ilə fərqlənir.

Yeni qoşquların istehsalı aqrar sektorun inkişaf istiqamətinə uyğunlaşdırılıb. 2008-ci ildən universal qoşquların istehsalını həyata keçirən Gəncə Avtomobil zavodu sifariş əsasında bu ildən yığılan qoşquları “Aqroliziniq”ə, fiziki və hüquqi şəxslərə satır.

Vahid Məmmədov - Gəncə Avtomobil Zavodu İB-nin baş mühəndisi: “Bu günkü günədək 602 ədəd qoşqu istehsal olunub. Sifariş əsasında 700 qoşqu təhvil verəcəyik. Qeyd edirəm ki, bu qoşquların 100% istehsalı öz tərəfimizdəndir. Istehsal üçün lazım olan bütün avadanlıqlar tərəfimizdən alınıb. Pambıq qoşquları 2 tərəfli boşaltmadır. Bunları eyni zamanda başqa məqsədlər üçün də istifadə edə bilərik.  Çünki bunun üst hissəsi sökülə bilən tor ilə təchiz edilib. Yük götürmə qabiliyyəti 6 tondur”.

Qoşqunun anoloji rəqibləri isə 4 ton yük daşıya bilir. Pambıq daşıyan qoşqu kənarları açıldıqda təsərrüfatda başqa məqsdələr üçün də istifadə oluna bilir. Bir çox üstünlüyü ilə məhsulun gələcəkdə Made in Azerbaijan brendi adı altında ixracı da planlaşdırılır. Hazırda əsas iş yerli bazarın tam təminidir. 

Vahid Məmmədov - Gəncə Avtomobil Zavodu İB-nin baş mühəndisi: “Tək qoşquları yox, traktor üzrəndə olan bütün asma avadanlıqların hamısı istehsal etmək qadirindəyik. Və vaxtaşırı fiziki və hüquqi şəxslərin sifarişləri olduqca biz onları yerinə yetiririk. Məsələn torpaq yığmaq yer kürümək üçün əkin şum işləri üçün səpin üçün lazım olan bütün avadanlıqların hamısını biz istehsal edə bilirik”.

Zavodda cari ilin 10 ayı ərzində 1220 ədəd traktor, 64 ədəd qoşqulu su çəni, 57 KAMAZ, 9 Haller və 95 Ural maşını istehsal olunub.